XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2015 - 19:18

Ərdoğanın Çin səfərində uyğur mövzusu

Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çinə səfər edib. çinin dövlət başçısı Şi Cinping ilə görüşən Ərdoğan sonda uyğur mövzusunu müzakirə etmək istəyib.

Strateq.az bu görüş haqqında Türkiyə qaynaqlarına istinadla bildirir ki, uyğur mövzusunun müzakirəsi baş tutmayıb. çinin dövlət başçısı Şi Cinping uyğurlara qarşı mücadilənin çinin dövlət güvənliyi məsələsi olduğunu və bu mövzuda geri addım atmayacaqlarını bildirib.

çin-Türkiyə diplomatik əlaqələrinin 45 illik tarixinə işarə vuran Türkiyə prezidenti “biz çin ilə əlaqələrimizi strateji baxımdan dəyərləndiririk” – deyib.

çin tərəfi diplomatik üsullarla, uyğur mövzusunun çinin daxili işi olduğunu bildirib və çindən qaçan bəzi uyğurlara Türkiyənin qucaq açmasından narazılığını ifadə edib.