Bu gün UEFA Çempionlar Liqasının (ÇL) 2016/17 mövsümünün qrup mərhələsinin oyunlarına start veriləcək.
Strateq.az xəbər verir ki, Azərbaycan azarkeşlərinin maraqla gözlədiyi Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Beşiktaş” mübarizəyə səfərdə başlayacaq. Şenol Günəşin komandası bu gecə Lissabonda yerli "Benfika”nın qonağı olacaq.