Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlayıb.
Strateq.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqust ayında fonda 641 min 612 manat və 300 avro köçürülüb.
2016-cı ilin sentyabrın 1-dək fonda ümumilikdə 76 261 691 manat, 212.373 ABŞ dolları, 4193 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.