XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2016 - 20:45

Mövlud Çavuşoğlu:"Biz ABŞ hakimiyyətindən Gülənin həbs  edilməsini gözləyirik"

movlud

 “ABŞ-ın Ankaradakı səfiri Türkiyənin qubernatoru deyil, o öz səlahiyyətlərini Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına uyğun şəkildə icra etməlidir”.

Bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ səfirliyinin bəyanatını şərh edərkən deyib.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi Amerikanın Türkiyə hökumətinin 28 yerli özünüidarəetmə orqanının rəhbərini PKK və FETO ilə əlaqəli olduğuna görə vəzifəsindən uzaqlaşdırılması qərarından narahat olduğunu bildirib.  

Nazir yenidən Gülənin ABŞ-dan ekstradisiya olunması məsələsinə toxunub: “Biz ABŞ hakimiyyətindən Gülənin həbs  edilməsini gözləyirik”.   (APA)