XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 10:33

Bu gecə atəşkəs 16 dəfə pozulub- Müdafiə Nazirliyi

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.

Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.