Baş prokuror Zakir Qaralovun sentyabrın 23-də Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laşın rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə Strateq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbulun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək:
"Həmin tarixdə Baş prokuror saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək".