XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 13:03

Bakıda isti, rayonlarda yağışlı hava olacaq –Sabahın hava proqnozu

hava

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-30° isti, Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Sabah Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacağı gözlənilir.