Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın konqresi keçiriləcək.
Azərtac xəbər verir ki, UEFA prezidenti vəzifəsinə seçkinin keçiriləcəyi konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcəklər.
Qeyd edək ki, UEFA-nın prezidenti postu uğrunda Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praq və Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin mübarizə aparacaq.