XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 14:05

Antalyada nə qədər Azərbaycan şirkəti fəaliyyət göstərir? –Açıqlama

antalya

 Hazırda Türkiyənin Antalya şəhərində 3 201 xarici sərmayəli şirkət fəaliyyət göstərir.

Xarici şirkətlərin fəaliyyət göstərdiyi əsas sektorlar turizm və kənd təsərrüfatıdır.

Açıqlanan rəqəmlərdən məlum olur ki, Antalyada 493 Rusiya, 438 Almaniya, 185 Hollandiya, 164 Səudiyyə Ərəbistanı, 142 Azərbaycan, 137 İngiltərə, 135 Fransa, 120 İran və 113 Qazaxıstan kapitalına malik olan şirkət fəaliyyətdədir.

Palatanın rəhbəri Davud Çetin bildirib ki, Antalyada son 1 ildə 316 birgə şirkət yaradılıb, 202 şirkət isə fəaliyyətini dayandırıb.

Qeyd edək ki, xarici investisiyalı şirkətlərin sayına görə Antalya İstanbuldan sonra ikinci yerdədir. (APA)