Cari ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana 12,84 milyon dollar dəyərində 33 min 500 tona yaxın təzə meyvə və tərəvəz ixrac olunub.
Azərtac Türkiyənin Yaş Meyvə və Tərəvəz İxracatçıları Birliyinə istinadla xəbər verir ki, ötən ilin eyni dövründə Türkiyədən Azərbaycana 6,48 milyon dollar dəyərində 12 min 231 ton meyvə-tərəvəz ixrac olunub.
Türkiyə ən çox meyvə-tərəvəzi İraq, Rusiya, Almaniya, Rumıniya, Səudiyyə Ərəbistanı, Ukrayna, Gürcüstana və s. ölkələrə satır. İxrac olunan tərəvəzlər: pomidor, soğan, bibər, xiyar, kartof, kök, göbələk, turp, kələm, qabaq; meyvələr isə – sitrus meyvələri, albalı, nar, üzüm, ərik, əncir, qarpız, çiyələk və ş.
Türkiyə yanvar-avqust ayında 1 milyard 60 milyon dollarlıq meyvə və tərəvəz ixrac edib. Ötən il isə bu rəqəm 1 milyard 158 milyon olub.