XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2016 - 16:54

Bakıda yeni avtobus reysləri açılacaq –Ukrayna və Gürcüstan üçün

 

avtobus

Yaxın vaxtlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən daha üç istiqamətdə beynəlxalq avtobus reysləri yerinə yetiriləcək. 

 Bu barədə Dövlət Avtomobil Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı məlumat verib. 

"Bakıdan Kiyev (Ukrayna), Bakuriani və Borjomi (Gürcüstan) şəhərlərinə avtobus səfərləri həyata keçiriləcək. Hazırda qeyd edilən istiqamətlərə birbaşa səfərlərin təşkil edilməsi məqsədilə danışıqlar aparılır. Tezliklə daha ətraflı məlumat yayımlayacağıq", – deyə Ş.Mehmanqızı bildirib.  (Report)