Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında Azərbaycan idmançıları uğurla çıxış ediblər.
Təsnifat mərhələsində məsafəni 1:01,58 dəqiqəyə qət edən Roman Saley bütün rəqiblərini qabaqlayaraq birinci olub və finala yüksəlib.
Digər üzgüçümüz Dmitri Saley də həlledici mərhələyə vəsiqə qazanıb. Təsnifat mərhələsində məsafəni 1:02,63 dəqiqəyə qət edən üzgüçümüz dördüncü olub.
Qeyd edək ki, təsnifat mərhələsində ilk səkkiz yerdə qərarlaşan üzgüçülər finala yüksəliblər.