BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti ilə bağlı xüsusi nümayəndəsi Mişel Forstun Azərbaycana səfəri başlayıb.
O, Azərbaycana hökumətin dəvəti ilə gəlib. Səfər müddətində xüsusi nümayəndə Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə maraqlanacaq. M. Forst rəsmi şəxslər, məhkəmə sisteminin nümayəndələri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti üzvləri və diplomatik korpus nümayəndələri ilə görüşəcək. Səfər sentyabrın 22-də başa çatacaq.
M.Forst Azərbaycana səfərinin yekunları ilə bağlı hesabatı BMT İnsan Haqları Şurasına gələn ilin martında təqdim edəcək. (APA)