XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2016 - 22:01

“Qarabağ”-“Slovan” matçını isveçrəli hakimlər briqadasıidarə edəcək

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ”-“Slovan” (Çexiya) matçına hakim təyinatları açıqlanıb.

Azərtac xəbər verir ki, görüşü isveçrəli hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Stefan Klossner olacaq. Ona həmyerliləri Raffael Zeder və Yan-Yves Viçt kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yohannes Voqel yerinə yetirəcək. Oyunun əlavə hakimləri isə Alain Bieri və Saşa Amhof olacaq.

Hakimlərin işinə moldovalı Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə bolqarıstanlı Pavel Kolev olacaq.

Qeyd edək ki, “Qarabağ”-“Slovan” matçı sentyabrın 15-də “Dalğa Arena”da start götürəcək.