XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2016 - 17:03

Auditorlar Palatası:Azərbaycanda icbarı auditdən yayınma 98%-ə çatır

 

oil

Azərbaycanda auditor xidmətinin göstərilməsinə dair müqavilələrin sayı azalmağa başlayıb.

Auditorlar Palatasından  verilən xəbərə görə, bu ilin birinci yarısında auditor xidmətinin göstərilməsinə dair 2 042 ədəd müqavilə imzalanıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müqavilələrin sayında 10% azalma qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda məcburi auditdən keçmə səviyyəsi aşağıdır. 2015-ci ildə Azərbaycanda 67 500 məcburi audit subyekti olub ki, bunun da yalnız 1 458-i auditdən keçib. Belə ki, auditdən keçməli olan subyektlərin 97,8%-i auditdən yayınıb. (Report)