XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 17:53

FHN Akademiyasında tədbir keçirilib –“Bilik günü” münasibətilə

fhn

 Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 15 sentyabr 2016-cı il tarixində “Bilik günü” münasibətilə tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirdən əvvəl Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət ediblər.

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını “Bilik günü” münasibətilə təbrik edərək tədbiri açıq elan edib.

Sonra Dövlət himni səsləndirilib, Dövlət bayrağı meydana gətirilib. İlkin hərbi hazırlığı başa vurmuş kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içiblər.

Andiçmə mərasimi başa çatdıqdan sonra fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Akademiyanın 2016-cı il məzunlarına “leytenant” hərbi və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılıb və məzunlara ali təhsil ocağını bitirmələri barədə diplomlar təqdim edilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Nicat İsmayılov xatirə lövhəsini simvolik “Yaş kötüyü”nə vurub.

Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri –  tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev kursant və məzunları, onların ailələrini FHN rəhbərliyi adından təbrik ediblər.

Qeyd olunub ki, hərbi and içərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə həmişə hazır olmalı, Vətəni göz bəbəkləri kimi qorumalıdırlar. 

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov da I kurs kursantlarını təbrik etmiş, onlara təhsildə uğurlar arzulayıb. (APA)