XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 20:10

Oqtay Əsədov AŞPA prezidenti ilə görüşdü –Müzakirə

oqtay-esedov-mans

Strasburqda Avropa Şurası Parlament Assambleyasına üzv dövlətlərin parlament sədrlərinin görüşü çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov AŞPA prezidenti Pedro Aqramuntla görüşüb.

MM-dən verilən məlumata görə, tərəflər Azərbaycan-Avropa Şurası münasibətləri, Azərbaycanda keçiriləcək referendum, Avropa Şurasının referendumla bağlı göndərəcəyi qiymətləndirmə missiyası və Venesiya Komissiyası ilə əlaqələrlə bağlı müzakirə aparıb.

Görüşdə parlamentin komitə sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri Sahibə Qafarova iştirak ediblər.

APA.az