XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2016 - 21:42

Hillari Klinton seçkiqabağı kampaniyasını bərpa etdi –ABŞ-da seçki

Klinton Q

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton xəstəlikdən sonra seçkiqabağı kampaniyasını bərpa edib.

Bu gün  pnevmoniya səbəbindən verdiyi üçgünlük fasilədən sonra H.Klinton Şimali Karolinada və Vaşinqtonda çıxış edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Klinton xəstəlik səbəbindən seçkiqabağı kampaniya çərçivəsində Kaliforniyaya səfərini təxirə salmaq məcburiyyətində qalıb.

Nyu-Yorkda 2001-ci il sentyabrın 11-də baş vermiş terror qurbanlarının xatirəsinə həsr edilmiş tədbir zamanı H.Klintonun vəziyyəti qəfldən pisləşib və o, avtomobilinə sərbəst minə bilməyib.

Report