XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2016 - 22:57

“Qəbələ” “Anderlext”ə böyük hesabla uduzdu –Avropa Liqası

qebele

Avropa Liqasında qrup mərhələsi çərçivəsində çıxış edən Azərbaycanın digər komandası "Qəbələ" bu gün Belçikada "Anderlext”lə qarşılaşıb.

Strateq.az xəbər verir ki, komandamız 14-cü dəqiqədə məğlub duruma düşüb. Teodorşuk hesabı açıb. Ancaq bu qoldan cəmi 6 dəqiqə sonra  "Qəbələ" Dabonun qolu ilə oyundakı hesaba tarazlıq gətirib. 41-ci dəqiqədə isə komandamızın oyunçusu Rafael Santos avtoqola imza atıb – 2:1.

Oyunun 78-ci dəqiqəsində isə Diaqo Kapel ev sahiblərinin qələbəsini möhkəmləndirən son qolu da vurub – 3:1.

"Qəbələ"nin təmsil olunduğu qrupun digər oyunu isə "Maynz"la Fransanın "St.Etyen" komandaları arasında baş tutub və oyun 1-1 bitib.