Təhsil naziri Mikayıl Cabbarov sentyabrın 23-də saat 11:00-da Zərdab şəhərində vətəndaşlar ilə görüşəcək.
Strateq.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, görüş Heydər Əliyev Mərkəzində baş tutacaq:
"Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinləri ilə keçiriləcək görüşdə həmin rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Görüşə gəlmək istəyən vətəndaşlar sentyabrın 15, 16, 19, 20, 21-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, görüşə gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər".