XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

16 Sentyabr 2016 - 14:47

Ermənistan mətbuatı:"Hökumət buraxıldıqdan sonra nazirliklərdə həyat dayanıb"

erm%c9%99nistan

"Ermənistanda bütün dövlət sistemi iflic vəziyyətdədir".

Dövlət məmurları "vaxt öldürmək"lə məşğuldur.

"Sentyabrın 8-də hökumət buraxıldıqdan sonra nazirliklərin çoxunda həyat dayanıb. Məmurlar heç bir işlə məşğul olmurlar", – deyə Ermənistan KİV-i yazıb.

Qeyd edək ki, sentyabrın 8-də Ermənistanın baş naziri Ovik Abramyan və hökumət üzvləri istefa verib. Ölkə prezidenti Serj Sarqsyan yeni baş nazir postuna Karen Karapetyanı təyin edib. Yeni hökumət parlamentdə hələ təsdiqlənmədiyindən, Nazirlər Kabinetinin bütün üzvləri nazir səlahiyyətlərini icra edir.

Xatırladaq ki, O.Abramyan 2014-cü il aprelin 13-dən 2016-cı il sentyabrın 8-dək Ermənistanın baş naziri vəzifəsində çalışıb. (Report)