XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

16 Sentyabr 2016 - 17:30

Bakı-Sumqayıt yolu bağlanacaq –Rəsmi xəbərdarlıq

yol

Bakı-Sumqayıt yolunun 12-ci km-də ("Xırdalan qəbirstanlığı") yerüstü piyada keçidinin metal konstruksiyasının quraşdırılması ilə əlaqədar olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, sentyabr ayının 17-si saat 12:00-dan etibarən yolun Bakı şəhəri istiqamətinə doğru olan hissəsi, 18 sentyabr saat 07:00-dan isə Sumqayıt şəhəri istiqamətinə doğru olan hissəsi hərəkət üçün qısa müddətlik bağlanacaq. Məhdudiyyət sentyabr ayının 18-dən 19-na keçən gecəyədək tətbiq olunacaq.

Sürücülər alternativ olaraq Xırdalan şəhərinin daxili avtomobil yollarından istifadə etməklə hərəkətlərinə davam edə bilərlər. Belə ki, Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri 16.5-ci km-dən ( “Vaz dairəsi” ) və ya 13-cü km-dən ( Masazır yol ötürücüsü ) Xırdalan şəhərinə daxil olaraq, daha sonra 11-ci km-də “Xırdalan dairə”nə çıxmaqla hərəkətlərini davam etdirəcəklər. Göstərilən alternativ yolla Bakı istiqamətindən gələn sürücülər də istifadə edə bilərlər.