XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2016 - 19:09

“Rio-2016”:üzgüçümüz finala yüksəldi

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında Azərbaycan idmançıları da iştirak ediblər.

Azərtac xəbər verir ki, təsnifat mərhələsində məsafəni 53,82 saniyəyə qət edən Dmitri Saley ümumi sıralamada 6-cı olub və finala yüksəlib.

Digər üzgüçümüz Roman Saley həlledici mərhələyə vəsiqə qazana bilməyib. Təsnifat mərhələsində məsafəni 54,32 saniyəyə qət edən üzgüçümüz doqquzuncu olub.

Qeyd edək ki, təsnifat mərhələsində ilk səkkiz yerdə qərarlaşan üzgüçülər finala yüksəliblər.