BMT Təhlükəsizlik Şurasında Suriya üzrə keçiriləcək məsləhətləşmələr Rusiya və ABŞ-ın təşəbbüsü ilə ləğv olunub.
Bu barədə sentyabrda TŞ-da sədrlik edən Yeni Zelandiya nümayəndəsi bildirib.
“Sentyabrın 16-da keçirilməyi nəzərdə tutulan Suriya üzrə məsləhətləşmələr Rusiya və ABŞ-ın təşəbbüsü ilə ləğv olunub”,- deyə nümayəndə qeyd edib.
Məlumata görə, görüşdə ABŞ və Rusiya arasında Suriya böhranı ilə bağlı əldə edilən son razılaşmaların detalları açıqlanmalı idi. (APA)