XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2016 - 09:31

Qazprom bu türk dövlətindən çıxarılır –Səbəb

qazprom

“Qazprom” Türkmənistandan qaz alışını 2 illik dayandırıb.

 Bunu jurnalistlərə açıqlamasında “Qazprom” sədrinin müavini Aleksandr Medvedyev söyləyib.

Onun sözlərinə görə, qaz alışının dayandırılması 2018-ci ilin sonuna qədər davam edəcək.

Qeyd edək ki, bundan öncə rəsmi Aşqabad “Qazprom”un 2015-ci ilin əvvəlindən etibarən yaranan borcunu ödəmədiyini bəyan edib. Bu, tərəflər arasında narazılığa səbəb olub. 2016-cı ilin yanvarında Türkmənistan “Qazprom”un onunla olan müqaviləni ləğv etdiyini bildirib. Rus holdinqi buna səbəb kimi Aşqabadın müqavilənin şərtlərinə əməl etmədiyini göstərib. Bundan dərhal sonra isə “Qazprom” Özbəkistandan 4 milyard kub metr qaz alınması ilə bağlı rəsmi Daşkəndlə müqavilə imzalayıb. (Axar.az)