XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 09:56

Gürcüstan nəqliyyat mərkəzinə çevrilir –3,5 mlrd. dollar hesabına

georgia

 Gürcüstan müxtəlif regionları birləşdirən öz tarixi tranzit funksiyasını bərpa etmək niyyətindədir. Bunu Gürcüstanın regional inkişaf və infrastruktur naziri Nodar Cavaxişvili hökumət tərəfindən hazırlanan və 2016-2020-ci illəri əhatə edən genişmiqyaslı abadlıq işləri layihəsinin təqdimat mərasimində bildirib.

Onun sözlərinə tranzit funksiyasının bərpasında yol infrastrukturunun modernizasiyası əsas elementlərdən biridir: "Azərbaycanla sərhəddən Gürcüstanın Qara dəniz sahillərində yerləşən limanlarını birləşdirən Şərq-Qərb sürətli avtomobil yolu magistralının tikintisi və yenidən qurulması ilə yanaşı biz Rusiya, Hindistan, İraq, İran, Pakistanı birləşdirən Şimal-Cənub yol arteriyasının bərpası üzərində də çalışırıq. Çindən Qərbə və əks istiqamətdə yükdaşımaların həcminin artmasını bu istiqamətdə görülən işlərin görülməsini daha da aktual edir".

Nazir qeyd edib ki, bu ölkə və regionlar arasında iqtisadi əlaqələr böyük perspektivə malikdir.

Öz növbəsində baş nazir Georgi Kvirikaşvili bildirib ki, layihənin əsas elementlərindən biri yeni nəqliyyat arteriyalarının yaradılmasıdır: "Bunun hesabına Gürcüstan öz potensialını nümayiş etdirərək Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və logistika mərkəzinə çevriləcək. Bu kontekstdə yol infrastrukturu böyük əhəmiyyətə malikdir və biz bu infrastrukturun Avropa standartlarına cavab verməsinə nail olmalıyıq. Bu məqsədlə Gürcüstan hökuməti 2020-ci ilədək ölkə ərazisində 1 000 km uzunluğunda avtomobil yollarının tikintisinə təxminən 3,5 milyard dollar yatırmaq niyyətindədir".

Baş nazir əlavə edib ki, Gürcüstanla Rusiyanı birləşdirən Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu müvafiq standartlara cavab vermir: "Bu yolun inkişafı olduqca vacibdir. Bu, İran/Azərbaycan/Ermənistan-Gürcüstan-Rusiya yolunun ötürücülük qabiliyyətinin artırılmasına imkan yaradacaq". (APA)