Bakı-Quba avtomobil yolunun 11-ci kilometrliyində yerüstü piyada keçidinin inşası ilə əlaqədar sentyabrın 17-də saat 12:00-dan həmin yolun 12-ci kilometrliyindəki Masazır dairəsindən paytaxt istiqamətinə gedən hissəsi, sentyabrın 18-də saat 07:00-dan isə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti gecə saatlarınadək müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, sürücülər sentyabrın 17-də Bakı şəhəri istiqamətinə, eləcə də sentyabrın 18-də hər iki istiqamətdə hərəkət etmək üçün alternativ yol olaraq Bakı-Quba yolunun 10-cu kilometrliyindən (Xırdalan–Binəqədi şosesinin başlanğıcı), əks istiqamətdə isə Bakı-Quba yolunun 12-ci (Masazır dairəsi) və ya 16-cı kilometrliyindən Xirdalan şəhərinə daxil olmaqla hərəkətlərinə davam edə bilərlər.