XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 11:27

Lənkəranda tank əleyhinə6 mina aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sentyabrın 16-da Lənkəran şəhərində dəniz sahilində bir təhlükəli əraziyə baxış keçiriblər. Baxış zamanı 6 partlamamış tank əleyhinə mina (5 ədəd TM-62P və 1 ədəd TM-62M) aşkar edilərək götürülüb. Gün ərzində 500 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, ümumilikdə agentlik tərəfindən aprelin 7-dən sentyabrın 16-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanasına baxış olub. Nəticədə 3479 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 41 mina aşkarlanaraq zərərsizləşdirilib.