XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 12:05

“Bakı Metropoliteni” Milli Musiqi Günü münasibətiləproqram təşkil edəcək

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə “Bakı Metropoliteni” QSC sərnişinlər üçün proqram təşkil edəcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabr – Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

“Bakı Metropoliteni” QSC bu əlamətdar günü özünəməxsus qeyd edəcək. Belə ki, “Elmlər Akademiyası”, “28 May” və “İçərişəhər” metro stansiyalarında sərnişinlər üçün simli kvartet və trio qruplarının ifasında musiqi çələngi bəxş ediləcək.

N.Paşayevin sözlərinə görə, proqramda klassik və xalq mahnılarından ibarət əsərlər səsləndiriləcək. Tədbir sentyabrın 18-də saat 11:00-da “Elmlər Akademiyası” metro stansiyasının əsas girişində başlayacaq. 12:15-də “28 May” metro stansiyasında, 13:30-da “İçərişəhər” metro stansiyasında başlayacaq və hər biri 2 saat davam edəcək.