XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 12:32

Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşüb –ölənlər və xəsarət alanlar var

armenia

 Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşüb.

Hadisə Lori vilayəti ərazisində, Vanadzor-Spitak yolunda bu gün səhər baş verib.

20 yaşlı Rusiya vətəndaşının idarə etdiyi "Volkswagen Golf" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan iki nəfər ölüb, sürücü və daha bir nəfər isə müxətlif xəsarətlər alıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir.

Ölən və xəsarət alanların hamısının Rusiya hərbi bazasının hərbi qulluqçuları olduğu bildirilir. (APA)