XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 12:38

Gəncə MDB-nin yenimədəniyyət paytaxtı elan olundu

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) yeni mədəniyyət paytaxtı elan olunub.

Azərtac xəbər verir ki, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Bişkek şəhərində keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.

Sergey Lebedev deyib ki, Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı bir illiyə seçilir. Hazırda MDB-nin mədəniyyət paytaxtı Türkmənistanın Daşoğuz şəhəridir. Artıq həmin titul Gəncə şəhərinə keçib və bununla bağlı tədbirlər planı təsdiqlənib. 2017-ci ildə Azərbaycanda hökumətlərarası mədəniyyət paytaxtı proqramının icrası həyata keçiriləcək.

Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasının yekunu olaraq bir neçə sənəd imzalanıb.