XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 13:31

“Rio-2016”:Ukrayna futbolçuları çempion olublar

Rio-de-Janeyroda keçirilən Paralimpiya Oyunlarında futbol turnirinin qalibi (7×7) müəyyənləşib.

Azərtac xəbər verir ki, Ukrayna yığması Paralimpiadada çempion olmağı bacarıb. Ukraynalılar finalda İran millisini məğlub ediblər – 2:1.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtın ilk hissəsində Ukrayna qələbə qolunu vura bilib. Bununla da Ukrayna Paralimpiya oyunlarının üçqat qalibi olub. Bu da rekord göstərici sayılır. Ukrayna Paralimpiya Oyunlarında iki dəfə də gümüş medal qazanıb.

“Rio-2016”nın bürünc medal sahibi isə Braziliya yığması olub.