"Rusiya Ukrayna ilə müsbət nəticə verə biləcək istənilən danışıqları davam etdirilməyə hazırdır".
Bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərin onun ukraynalı həmkarı Petro Poroşenko ilə danışıqların bərpa olunmasına hazır olub-olmaması ilə bağlı sualına cavab verərkən bildirib.
"Ukrayna münaqişəsinin həllinə yardım olacaq istənilən təmasa hazırıq", – deyə V. Putin qeyd edib. (APA)