XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 15:15

Azərbaycanlı Avropa çempionu:"Hədəfim U23 Avropa Birinciliyində qalib olmaqdır"

cudo

 "Çox əsəbi idim və uduzacağımı fikirləşirdim. Avropa çempionu adını qazandığım üçün çox sevinirəm". Bunu gənclər arasında Avropa çempionatının qızıl medalçısı Hidayət Heydərov Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına açıqlamasında deyib.

Qurumun rəsmi saytı azərbaycanlı çempiondan yazı hazırlayıb. 73 kq çəkidə çıxış edən idmançı mükafatçılar sırasında birinci yer tutduqdan sonra bunları bildirib: "Mən Avropa çempionu adını qazandığım üçün çox sevinirəm. İkinci dəfə Avropa birinciliyinin qalibi oldum. Daha əvvəl Katsiaşviliyə uduzub sonra gənclərin qitə çempionatının finalında ona qalib gəlməyim məni şad və məmnun edən əsas səbəbdir. Növbəti hədəfim noyabr ayında Tel – Əvivdə keçiriləcək U23 Avropa Birinciliyində qalib olmaqdır".

Qeyd edək ki, İspaniyanın Malaqa şəhərində keçirilən çempionata 43 ölkədən 409 idmançı (225 oğlan, 184 qız) qatılıb. Azərbaycan milli komandası qitə turnirində 14 cüdoçu ilə (10 oğlan, 4 qız) mübarizə aparır. (Report)