XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 16:21

“Neftçi”nin yeni baş məşqçisininköməkçiləri müəyyənləşib

"Neftçi" PFK-nın baş məşqçisi Elxan Abdullayevin üç köməkçisi müəyyənləşib.

Trend klubun saytına istinadən məlumat verir ki, PFK-nın U-19 komandasının baş məşqçisi İqor Getman əsas komandada məşqçi vəzifəsini yerinə yetirəcək. Dmitri Kramarenko qapıçılar üzrə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə isə Andrey Kolesnikov təyin olunub. E.Abdullayevin daha bir köməkçisinin adına gələn həftə aydınlıq gələcək.

İ.Getman müstəqillik dönəmində "Neftçi”nin heyətində ən çox oyun keçirmiş futbolçudur. Komanda ilə 3 dəfə ölkə çempionatının, 2 dəfə isə kubokunun qalibi olmuş İ.Getman Stavropol "Dinamo”sunun və Mahaçqala "Anji”sinin də formasını geyinib.

A.Kolesnikov isə bunadək Ukraynanın "Metallurq” (Donetsk), "Krivbass” və "İliçevets” klubları ilə yanaşı, "Kəpəz”, "İnter” və AZAL-da da çalışıb. Təcrübəli mütəxəssis hazırda Azərbaycan milli komandasının fizki hazırlıq üzrə məşqçisi vəzifəsini yerinə yetirir.