Türkiyənin Baş naziri Binəli Yıldırım Təndürək dağında atışmada şəhid olan 8 nəfərin ailəsini ziyarət edib.
Baş nazir ziyarətdən sonra açıqlama verib. O, terrorçuların məhv ediləcəyini bildirib:
“Təhlükəsizlik qüvvələrimiz terrorçuları gözləməyəcək. Onlar haradadırsa, tapıb məhv edəcəyik. Xalqımızın təhlükəsizliyi üçün hər cür tədbir görüləcək. Terrorçuların gizləndikləri yerlər bəllidir, bircə-bircə hamısı məhv ediləcək”,- deyə Yıldırım bildirib. (Axar.az)