Ukrayna ilə Avropa Birliyi arasında viza rejiminin ləğvi Kiyev üçün demoqrafik risk yaradacaq.
Bunu “112 Ukrayna” televiziyasına açıqlamasında Odessa qubernatoru Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, viza rejiminin ləğvindən sonra ölkəni 4 milyon insan tərk edəcək:
“Biz müstəqillik əldə edəndə ukraynalıların sayı 54 milyon nəfər idi. İndi onlar 40,3 milyona qədər azalıblar. Viza rejiminin ləğvindən sonra biz daha 4 milyon nəfər itirəcəyik. Bundan isə Polşa istifadə edəcək. Onlar ukraynalıların hesabına öz sıralarını dolduracaqlar və həmin şəxslər artıq polyak olacaqlar. Biz bunun haqqında da fikirləşməliyik”. (Axar.az)