Suriya Silahlı Qüvvələri Komandanlığı ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Deyr-əz-Zor şəhəri ətrafındakı hərbi mövqelərə hücumunu "təhlükəli və aşkar təcavüz" kimi qiymətləndirib.
SANA informasiya agentliyinin dərc etdiyi bəyanatda bildirilir ki, İŞİD terrorçuları Amerika aviasiyasının endirdiyi zərbələrdən Cəbəl-Sarda dağındakı əsas mövqelərin ələ keçirilməsi üçün istifadə edib.
O, Deyr-əz-Zorun girəcəyində hökumət qüvvələrinin əsas bazası sayılan hərbi aerodrom yaxınlığında yerləşir.
"Suriya qoşunları ABŞ HHQ-nin hücumu nəticəsində canlı qüvvə və texnikasını itirib ki, bu da terrorçuların hərbi mövqeləri ələ keçirməsinə kömək edib", – deyə ordu komandanlığından bildirilib. (Report)