XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2016 - 12:24

Sabah hava necə olacaq? –Proqnoz

Hava Bakı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturunun gecə  17-20° isti, gündüz  25-29° isti, Bakıda gecə  18-20° isti, gündüz  26-28° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində  760  mm  civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.          

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 19-da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz  25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz  15-20° isti olacağı gözlənilir. (APA)