XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 Sentyabr 2016 - 20:59

Azərbaycanın gənc cüdoçuları tarixi uğura imza atıblar –İspaniyada

cudo

İspaniyanın Malaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyində komanda yarışları keçirilib.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Azərbaycan millisi bu mötəbər yarışda tarixi uğura imza atıb.

Gənc cüdoçular Böyük Britaniya və Ukrayna yığmalarını məğlub edərək yarımfinala çıxıblar. Yarımfinalda Hollandiya cüdoçuları üzərində inamlı qələbə qazanan milli komanda tarixində ilk dəfə olaraq Avropa birinciliyinin komanda yarışlarının finalında iştirak etmək hüququ əldə edib. Gürcüstan millisinə qarşı olan həlledici görüş gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Nəticədə güclü rəqibinə 2:3 hesabıyla uduzan millimiz komanda yarışlarında Avropa birinciliyinin gümüş medalını qazanıb.

Yarışın ilk günündə Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) Azərbaycan millisinə qızıl medal qazandırıblar.

Qeyd edək ki, 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa çempionatında milli komandamız 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunub. (Report)