XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2016 - 10:55

İstanbul polisi 40 İŞİD terrorçusunu həbs etdi –Qrupda azərbaycanlılar da var

isid-turk-hebs

İstanbul polisi İŞİD terror qruplaşması ilə əməkdaşlıqda şübhəli bilinən 40 xarici ölkə vətəndaşını həbs edib.

Strateq.az İRİB-ə istinadən bildirir ki, Türkiyənin terrorizm ilə mübarizə polisi bazar günü İŞİD ilə əməkdaşlıqda şübhəli bilinən 40 nəfəri həbs edib. Saxlanılanların hamısı xarici ölkə vətəndaşlarıdırlar.

Türkiyənin təhlükəsizlik mənbələri bildiriblər ki, terrorizm ilə mübarizə qüvvələrinin  eyni zamanda İstanbulun 23 nöqtəsində həyata keçirdiyi əməliyyatlarda 40 nəfər saxlanılıb. Saxlanılan şəxslər İŞİD ilə əməkdaşlıqda şübhəli hesab olunurlar.

Məlumata görə, saxlanılan şübhəlilər əsasən Əfqanıstan, İraq, İran və Azərbaycan vətəndaşlarıdırlar.

Təhlükəsizlik mənbələri saxlanılan şəxslərdən bir neçəsinin indiyə kimi bir neçə dəfə Suriyadakı döyüş bölgələrində olduqlarını bildirirlər. Türkiyə son aylar ərzində İŞİD və PKK tərəfindən ardıcıl terror hücumlarının şahidi olub. Bu hücumların sonuncusu Atatürk Hava Limanında İŞİD tərəfindən törədilən terror aktı idi ki, 28 nəfərin ölməsi, 30 nəfərin isə yaralanmasına səbəb olmuşdu.