XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

19 Sentyabr 2016 - 18:13

Azərbaycanın xarici ticarəti:Türkiyə önə keçib

flag

Dövlət Gömrük Komitəsi Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələrin siyahısını açıqlayıb. 2016-cı ilin 8 ayında xarici ticarət dövriyyəsində əsas ölkə Türkiyə olub. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi ümumi dövriyyənin 12,88 faizini təşkil edib.

İtaliya Azərbaycanın xarici ticarət tərəfdaşları arasında 11,28 faizlə ikinci, Rusiya 10,56 faizlə üçüncüdür.

İxracda əsas ölkələrin siyahısına 18,01 faizlə İtaliya başçılıq edir. Türkiyə ikinci (12,55 faiz), Tayvan üçüncüdür (8,07 faiz).

İdxalda əsas ölkələrin ilk üçlüyü belədir: Rusiya (17,47 faiz), Türkiyə (13,22 faiz), Çin (7,65 faiz).

Bu ilin yanvar-avqust aylarında MDB ölkələri üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,56 faiz artıb. Avropa İttifaqı üzrə ixracda 46,29 faiz, digər ölkələr üzrə ixracda 30,39 faiz azalma olub.

2016-cı ilin 8 ayında MDB ölkələrindən idxal 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,87 faiz azalıb. Avropa İttifaqı ölkələri üzrə idxalda 11,43 faiz azalma var. Digər ölkələrdən idxal isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,04 faiz aşağı düşüb. (Müsavat)