Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra 27 715 nəfərin müəllimlik fəaliyyətinə xitam verilib.
Bunu Türkiyə baş nazirinin müavini Nurəddin Canikli Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, FETÖ ilə əlaqədə şübhəli sayılan 9 464 müəllim vəzifəsindən kənarlaşdırılıb, 455 müəllim isə araşdırmalardan sonra işinə bərpa edilib. (Report)