ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Suriya böhranı ilə bağlı növbəti görüş keçiriləcək.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.
“Dövlət katibi ilə nazir arasında görüş tezliklə baş tutacaq. Dəqiq vaxtı hələ ki, açıqlaya bilmərəm. Görüş yaxın saatlar ərzində, ən uzağı çərşənbə günü keçiriləcək”,- deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.
Xatırladaq ki, ABŞ dövlət katibi və Rusiya xarici işlər naziri Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak edirlər. (APA)