XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2016 - 14:01

Sarkisyan 7 yeni nazir təyin edib –SİYAHI

sarkis

Ermənistan prezidenti Serj Sarkisyan yeni hökumətdə ilk təyinatlar edib.

Sarkisyanın sərəncamı ilə Vaçe Qabrelyan baş nazirin müavini, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri, David Arutunyan isə hökumət Aparatı rəhbəri postlarında qalıblar.

Ermənistanda yeni maliyyə naziri Vardan Armanyan, nəqliyyat və rabitə naziri Vaan Martirosyan, kənd təsərrüfatı naziri İqnatiy Arakelyan, energetika və təbii sərvətlər naziri isə Aşot Manukyan təyin olunub.

Sarkisyan, həmçinin Aleksan Arutunyanı Prezident Administrasiyasının rəhbərinin müavini təyin edib. (Virtualaz)