XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2016 - 19:08

“Bu layihələr ölkəyə milyardlarla dollar gətirəcək” –Rövnəq Abdullayev

Rövnəq

Dünya bazarında neftin qiymətinin azalmasına baxmayaraq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) heç bir layihəsindən imtina etməyib. 

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev 20 sentyabr – Neftçilər günü münasibətilə keçirilən tədbirdə bildirib. 

O qeyd edib ki, həyata keçirilən layihələrin başa çatdırılması ölkəyə milyardlarla dollar gəlir gətirəcək. 

R.Abdullayev neft-qaz sektorunda çalışanları peşə bayramı münasibətilə təbrik edib, 22 il öncə imzalanmış, "Azəri-Çıraq-Dərinsulu Günəşli" yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü haqqında sazişin əhəmiyyətindən, bu illərdə qazanılan uğurlardan danışıb.

O, həmçinin "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə sazişin 20 illiyinin qeyd olunduğunu, yataqdan indiyədək 75 mlrd.kubmetr qaz, 19 mln.ton kondensat hasil edildiyini, hazırda "Şahdəniz-2" layihəsi üzrə işlərin qrafikə uyğun uğurla irəlilədiyini qeyd edib. 

SOCAR prezidenti şirkətin ölkədə və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələrdən də danışıb, rəhbərlik etdiyi şirkətin aktivlərinin 40 mlrd.manata çatdığını bildirib. 

Report