XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 13:57

“Azyaşlı sərnişin avtobus hərəkətdə olarkən yıxılmayıb”- Bakı Nəqliyyat Agentliyi

Bakı Nəqliyyat Agentliyi 202 saylı avtobusda sərnişinin yıxılması faktına münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın Lent.az-a verdiyi məlumata görə, 202 saylı marşrut xətti üzrə avtobus hərəkətdə olan zaman deyil, dayanacaqda dayandığı zaman 11 yaşlı azyaşlı avtobusun salonuna daxil olarkən ayağı büdrəyərək yıxılıb və xəsarət alıb: "Hadisə yerinə təcili tibbi yardım maşınını sürücü şəxsən özü çağırıb".