XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2016 - 16:23

Aydın Əliyev:"Bütün nəzarət-buraxılış məntəqələrində Tax Free-nin tətbiqinə hazırıq"

Dövlət Gömrük Komitəsi (DGK) ölkənin bütün nəzarət-buraxılış məntəqələrində Tax Free sisteminin tətbiqinə tam hazırdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bu sistem artıq Heydər Əliyev Beynəlxalq Hava Limanında tətbiq edilir, nəzarət-buraxılış məntəqələrində də Tax Free-nin tətbiqi üçün şərait yaradılıb: "Bu məsələ təkcə DGK-dən asılı deyil, sistem tətbiq edilən kimi biz bütün nəzarət-buraxılış məntəqələrində onun işini təmin edəcəyik".