XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2016 - 17:41

AMEA-da struktur və kadr dəyişikliyi –Təyinat

amea-ESAS

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.​

Strateq.az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin iclasında Biofizika İnstitutunun strukturu, Elm Tarixi İnstitutunun Elmi şurasının tərkibi təsdiq edilib, Tarix İnstitutunun strukturunda dəyişiklik olunub.

İclasda Geologiya və Geofizika İnstitutunun əməkdaşı Fuad Əliyevin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda ezamiyyət müddətinin uzadılması, həmçinin filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının AMEA-nın Fəxri Fərmanı ilə təltif olunması haqqında da qərarlar qəbul edilib.

Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə fizika-riyaziyyat üzrə elmlər doktoru Oktay Qasımov Biofizika İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunub.