XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 17:53

Aydın Əliyev:"Əsas məqsədlərimizdən biri daxili istehsalın qorunmasıdır"

 

aydin

 "Azərbaycanda azad ticarət, şəffaf gömrük sistemi mövcuddur".

Bunu "Caspian European Club"ın təşkil etdiyi biznes forumda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, gömrük xidmətinin qarşısında duran əsas məqsədlərdən biri daxili istehsalın qorunmasıdır: “Bununla bağlı biz digər nazirliklərlə birgə tarif tənzimləmələri ilə bağlı hökumətə bir sıra təkliflər etmişik. Artıq bu təkliflərin bir hissəsi qəbul olunub. Biz istərdik ki, Azərbaycanda qeyri-neft sektoru ilə bağlı əsas diqqət yalnız xammal və onun emalına yox, həmçinin hazır istehsala da yetirilsin. Buna görə də əlvan metalların ixrac rüsumlarının artırılması ilə bağlı təklifimiz qəbul olunub. Digər təklifimiz xəz-dəri ilə bağlıdır və o da artıq qəbul olunmaq üzrədir. Təəssüf olsun ki, Azərbaycanda xəz-dərinin emalı üzrə bir sıra müəssisələr tikilsə də, xammalın ucuzluğu səbəbindən Azərbaycandakı emal müəssisələrinə satılmır. Xaricə rüsumsuz aparılma cəhdləri var idi. Üçüncü təklif isə kənd təsərrüfatı məhsulları ilə əlaqədardır. Belə ki, subsidiyalar, dotasiyalar, o cümlədən verilən güzəştlər nəticəsində burada yetişdirilən, o cümlədən emal olunan yeyinti məhsulları ucuz idxal olunurdu. Eyni zamanda, tikinti materiallarının istehsalını genişləndirmək və istehsal müəssisələrinin mənafeyini qorumaq məqsədilə ilə xüsusi rüsumların tətbiqi ilə bağlı təklifləri Nazirlər Kabinetinə göndərmişik".

“Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev bildirib ki, klubun məqsədlərindən biri bu cür görüşlər təşkil edərək kluba üzv olan özəl şirkətlərin rəhbərləri ilə dövlət qurumlarının rəsmiləri arasında təmas yaratmaq, onlara bir-birilərini dinləməyə imkan yaratmaqdır.

Qeyd edək ki, tədbir çərçivəsində A. Əliyev gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə T. Əliyevi döş nişanı ilə təltif edib. (APA)